Edam məhkumlarının son istəkləri – Bir dənə zeytun...

Edam məhkumlarının son istəkləri – Bir dənə zeytun...

Ölümə məhkum edilən bəzi cinayətkarların son istəyi yeməklərlə bağlı olub. Kimi son dəfə dondurma yemək istəyib, kimi də tək bir dənə zeytun. Edam məhkumlarının ölmədən öncəki son istəklərini təqdim edirik: 

52 yaşlı John Wayne təcavüz və 33 nəfəri öldürməkdə günahlandırılaraq edam edilib. Wayne son yeməyini ləzzətlə yeyib. 12 qızarmış krevetka, KFC toyoğu, kartof free və çiyələk.

Qeyd edək ki, edam məhkumu 3 KFC restoranında adminstrator işləyib.

28 yaşlı Victor Feguerin son istəyi isə maraqlı olub. O, üst-üstə qoyulmuş iki boşqabın içərisində bir zeytun istəyib. Victor Feguer, adam qaçırmaq və cinayət səbəbiylə asılaraq edam edilib. 

33 yaşlı Timothy McVeigh, 168 nəfərin ölümündə günahlandırılıb. Onun son istəyi nanəli və şokoladlı dondurma olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31