Türkiyəli hərbçilərdən suriyalılara növbəti yardım - FOTOLAR

Türkiyəli hərbçilərdən suriyalılara növbəti yardım - FOTOLAR

Suriyanın Tel Abyad və Rəsulaynı vilayətlərini PKK/YPG terror təşkilatından təmizləyən Türkiyə hərbçiləri yerli vətəndaşlara köməklik edib.

Olaylar.az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Sülh Çeşməsi" əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan Mehmetciklər digər müvafiq qurumların dəstəyi ilə yardım paylayıb və tibbi xidmətlər göstərib.
Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiye kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək ehtiyacı olan xəstələrə müalicə xidmətləri göstərilib.
Həmçinin Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketləri Mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31