Bu ölkədə ölənlərin sayı durmadan artır - Səbəb
Bu ölkədə ölənlərin sayı durmadan artır - Səbəb
13 İyul 2019 18:40 DünyaNepalda leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən az 32 nəfər həlak olub, 12 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hakimiyyət orqanları çay sahillərində yaşayan insanları müvəqqəti olaraq təhlükəsiz zonalara köçməyə çağırıb.
Təbii fəlakət Nepalın 21 rayonunu əhatə edib. Hazırda 831 nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Ölkənin müxtəlif rayonlarında xilasetmə əməliyyatı keçirmək üçün 28 min polis əməkdaşı cəlb olunub.
Nepalın meteorologiya xidmətinin məlumatına əsasən, bölgədə intensiv yağışlar iyulun 14-nə qədər davam edəcək.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31