Malaxovun adı bu siyahıya daxil edildi

Malaxovun adı bu siyahıya daxil edildi

Rusiyalı teleaparıcı Andrey Malaxovun adı Ukraynanın "Mirotvoreç" saytının məlumat bazasına daxil edilib.

Kult.az xəbər verir ki, Malaxovun adının sayta daxil edilməsinə əsas səbəb kimi Rusiyanın informasiya provokasiyasında bilərəkdən iştirakı göstərilib.

Qeyd edək ki, bundan öncə Rusiya və Ukrayna arasında telekörpü baş tutub. Telekörpüdə iki ölkənin mədəniyyət, idman, elm xadimlər onları birləşdirən dəyərlər barədə söhbət ediblər. Telekörpünün aparıcıları Mariya Sittel və Andrey Malaxov olub.

Bundan öncə iyunda "Mirotvoreç"in siyahısına Vladimir Poznerin də adı daxil edilmişdi.

"Mirotvoreç" saytı özünün qalmaqallı məlumatları ilə məşhurdur. Sayta, əsasən, ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31