Putini təhqir edən jurnalisti belə alçaltdılar – Foto
Putini təhqir edən jurnalisti belə alçaltdılar – Foto
13 İyul 2019 15:37 DünyaRusiya Prezidenti Vladimir Putini təhqir edən "Rustavi-2" telekanalının aparıcısı Georgi Qabuniyanın və onun valideynlərinin Tiflisdə yaşadığı binanın girişinə təhqiramiz lövhə yerləşdirilib.
Teleqraf.com "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, lövhədə gürcü dilində "Burada pis xoruz Georgi Qabuniya yaşayır" yazılıb. Lövhə bir neçə gündür ki, binada asılıb.
Qalmaqallı jurnalistin qonşuları artıq onun ədəbsizliyindən bezdiklərini bildiriblər. Binanın sakinləri onu da bildiriblər ki, teleaparıcının hərəkətləri onunla bağlı müntəzəm olaraq mitinqlərin keçirilməsinə yol açır. Buna görə Georgi özünə cangüdən tutub. Cangüdən onu liftədək müşayiət edir və liftin önündə qarşılayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31