Türk komandolar bölgəyə girdi - "Pəncə-2" ilə AĞIR ZƏRBƏ
Türkiyə Silahlı Qüvvələri “Pəncə-2" əməliyyat planı çərçivəsində hərbi hərəkata başlayıb. Hərəkat çərçivəsində İraqın şimalında yerləşən terrorçular zərərsizləşdiriləcək.
13 İyul 2019 13:24 DünyaTürkiyə Silahlı Qüvvələri "Pəncə-2" əməliyyat planı çərçivəsində hərbi hərəkata başlayıb.
Hərəkat çərçivəsində İraqın şimalında yerləşən terrorçular zərərsizləşdiriləcək.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, 12 iyul axşam saatlarında Quru Qüvvələrini topçu alayı və Hava Qüvvələrinin atışları ilə birgə təsbit edilən müxtəlif bölgələrdə hərəkata başlayıb. Hərəkata ATAK helikopterləri və PUA-lar (pilotsuz uçuş aparatları) da qatılıb.
Əməliyyat çərçivəsində Hakurk bölgəsində yerləşən terrorçu mağaraları və sığınacaqların məhvi və terrorçuların zərərsizləşdirilməsi nəzərdə tutulub. Publika.az