S-400 tədarükündə ikinci gün - Rusiya təyyarəsi Ankaraya endi
Rusiya istehsalı S-400 zenit raket komplekslərinin ötən gün start götürən Türkiyəyə tədarük prosesi ikinci günündə davam edir. Daha bir Rusiya təyyarəsi Ankaranın Mürtəd hava limanına eniş edib.
13 İyul 2019 11:30 DünyaRusiya istehsalı S-400 zenit raket komplekslərinin ötən gün start götürən Türkiyəyə tədarük prosesi ikinci günündə davam edir.
Daha bir Rusiya təyyarəsi Ankaranın Mürtəd hava limanına eniş edib.
Hazırda Rusiyaya aid yük təyyarəsi S-400 sisteminin növbəti avadanlıqlarını Ankaranın 35 km şimal-qərbində yerləşən Mürtəd hava limanına boşaldır.
Qeyd edək ki, Rusiya Türkiyəyə ötən gün 3 yük təyyarəsi ilə S-400 sisteminin ik avadanlıqlarını göndərmişdi. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31