30 metrlik teleskopun tikintisinə başlanılır

30 metrlik teleskopun tikintisinə başlanılır

İyulun 15-də Havay adalarında 30 metrlik teleskopun (Thirty Meter Telescope, TMT) tikintisinə başlanılacaq.

Olaylar.az bildirir ki, "3DNewswww.3dnews.ru" resursunun verdiyi məlumata görə, "TMT" 30 metrlik güzgü seqmentinə malik iri astronomik rəsədxana layihəsidir.

Teleskopun güzgüsü ümumi sahəsi 655 kvadratmetr təşkil etməklə hər biri 1,4 metr olan 492 altıbucaqlı seqmentdən ibarət olacaq.

Rəsədxananın planlaşdırılan istismar müddəti 50 il təşkil edir. 30 metrlik teleskop kainatın müxtəlif obyekt və strukturları haqqında vacib məlumatlar toplamağa imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31