Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi - FOTO
Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi - FOTO
12 İyul 2019 14:11 Dünya30 yaşlı terapevt Mixail Varşavskiy 2016-cı ildə People dərgisinin nəticələrinə görə "Dünyanın ən yaraşıqlı həkimi" elan edilib. Gənc həkim ABŞ-da yaşayır. Yaraşıqlı doktorun İnstagram səhifəsi çox məşhurdur.
Olaylar.az medicina.az-a istinadən bildirir ki, ötən həftə o, Nyu-Yorkdan Təl-Əvivə uçarkən, təyyarədə bir gənci ölümdən xilas edir. 26 yaşlı Mettdə anafilaktik şok baş verir və o boğulurdu.
Həkim özünü yetirərək, ilk yardım edir və tənəffüsü normallaşdırır. Bütün uçuş boyu da yanında oturub, nəzarət edir. Bir neçə gün sonra özünə gələn gənc həkimlə görüşərək, təşəkkürünü bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31