Azarkeşlər Konqo Demokratik Respublikasının idman nazirinə hücum ediblər - VİDEO
Azarkeşlər Konqo Demokratik Respublikasının idman nazirinə hücum ediblər - VİDEO
12 İyul 2019 14:07 DünyaKonqo Demokratik Respublikasının (DR) idman naziri Yuq Nquelondele azarkeşlərin hücumuna məruz qalıb.
Olaylar.az xəbər verir ki, insident ölkənin futbol üzrə yığma komandasının Misirdə keçirilən Afrika Millətlər Kubokunda çıxışını erkən başa vuraraq vətənə qayıtdığı zaman baş verib.
Komandanın yarışdakı çıxışından narazı qalan tərəfdarlar nümayəndə heyətinin üzərinə hücum çəkiblər və Nquelondelenin paltarını cırıblar.
Qeyd edək ki, Konqo DR yığması Afrika Millətlər Kubokunun 1/8 finalında Madaqaskara penalti seriyasında 2:4 hesabı ilə uduzaraq yarışla vidalaşıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31