Toyda partlayış: 5 ölü, 40 yaralı
Toyda partlayış: 5 ölü, 40 yaralı
12 İyul 2019 12:02 DünyaƏfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib. Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma uzun müddətdir davam edir və bu, ölkədə fəsadlara yol açır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31