Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür - ŞOK ETİRAF
Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür - ŞOK ETİRAF
11 İyul 2019 13:58 DünyaŞimali Koreyanın sahib olduğu "Hwasong-15" qitələrarası ballistik raketləri (ICBM) ABŞ-ın hər nöqtəsinə gedib çatma potensialına malikdir.
Olaylar.az xəbər verir ki,bunu ABŞ Koreya Qüvvələri (USFK) açıqlayıb.
"Yonhap" xəbər agentliyinin məlumatına görə, "Hwasong-15 ICBM"in 12 min 874 km mənzilə sahibdir.
Qeyd edək ki, Şimali Koreya 289 noyabr 2017-ci ildə "Hwasong-15"in sınağını keçirib. Şimali Koreyanın əlində 5 min 500 km mənzilli "Hwasong-13" və 10 min km mənzilli "Hwasong-14" ballistik raketləri var.
Xatırladaq ki, 2017-ci ildən bəri ABŞ-la Şimali Koreya arasında Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsi ilə bağlı gərginlik yaşanır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31