Kral ailəsinin iki aylıq üzvü ilk dəfə obyektivdə - FOTO

Kral ailəsinin iki aylıq üzvü ilk dəfə obyektivdə - FOTO

Şahzadə Harri ilə hersoqinya Meqan Markl iki aylıq körpələri - Arçi Harrison Mauntbatter-Vindzoru uzun müddətdən sonra gün işığına çıxarıblar. 

Hersoqinya körpəsi və həyat yoldaşı Harri ilə Surrey qraflığında təşkil olunan xeyriyyə matçını izləməyə qatılıb. Media nümayəndələri qucağındakı körpəsinə nəvaziş göstərən Meqanın görüntülərini yayımlayıblar. 

Harri ilə Uilyamın polo oyununu isə Keyt Middlton, şahzadələr Corc, Lui və Şarlotta izləyiblər.

Qeyd edək ki, sosial şəbəkə izləyiciləri arasında kral ailəsinin hər bir hərəkəti diqqətlə izlənilir və müzakirə predmetinə çevrilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31