Poroşenko mitinqdən qovuldu - Video
Poroşenko mitinqdən qovuldu - Video
11 İyul 2019 10:35 DünyaUkraynanın Zakarpatya əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək, onu "Qanba" ("rüsvayçılıq" - ukraynca) şüarları ilə mitinq təşkil olunan ərazidən qovublar.
Olaylar.az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri yazıb.
Məlumata görə, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər. Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31