Pakistanda iki qatar toqquşdu - Çoxlu sayda ölü və yaralı var (VİDEO)

Pakistanda iki qatar toqquşdu - Çoxlu sayda ölü və yaralı var (VİDEO)

Pakistanda sərnişin qatarı yük qatarı ilə toqquşub.

Olaylar.az  xəbər verir ki, hadisə Pəncab vilayətinin Attok qəsəbəsi yaxınlığında baş verib.

Məlumata görə, Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çırpılıb.

Hadisə nəticəsində 13 nəfər ölüb, 67 nəfər isə yaralanıb. Yaralılar arasında 11 uşaq var.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib və yaralılar xəstəxanalara yerləşdirilib.

BAKU.WS
 




 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31