16 yaşlı qız məzun gününə Svarovski daşları ilə bəzədilmiş "RolsRoys"la gəldi - FOTO

16 yaşlı qız məzun gününə Svarovski daşları ilə bəzədilmiş "RolsRoys"la gəldi - FOTO

Məzun günündə təşkil olunan mərasimə qatılan 16 yaşlı qız bütün diqqətləri öz üzərinə toplayıb.

Olaylar.az  xəbər verir ki, İngiltərədə təşkil olunan məzun günü mərasiminə üzəri Svarovksi kristalları ilə bəzədilmiş "RolsRoys" ilə qatılan yeniyetmə müzakirələrə səbəb olub.

Mərasim zamanı 16 yaşlı İşa Sanah Akhtarın əynində bahalı libas olub. O, dəyəri 260 fund-sterlinqlik libası ilə diqqət çəkib. İşa, həmçinin tədbirə onun şəkillərini çəkmək üçün saatlıq kirayəsi 300 fund-sterlinq olan fotoqraf da gətirib.

Qeyd edək ki, üzəri Svarovski kristalları ilə örtülmüş Rols-Roys-un 15 dəqiqə üçün kirayə götürmə xərci 500 fund-sterlinqdir. Avtomobilin üzərini İşanın əmisi Amar Akbar bəzətdirib.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31