İvanka Trampın Ağ Evdəki rolu nədir? - FOTOLAR

İvanka Trampın Ağ Evdəki rolu nədir? - FOTOLAR

ABŞ prezidenti Doland Trampın qızı İvanka Tramp Yaponiyada təşkil olunmuş G20 sammitində önə çıxan bir profil sərgiləyib.

İvanka Tramp atası ilə birlikdə sammitin sonunda çəkilən fotolarda da yer alıb.

Donald Trampın prezidentlik dönəmindən bu yana Ağ Evdə İvanka Trampın ulduzu getdikcə daha da parlamağa başlayır.

 

Bu barədə Musavat.com BBC Türkcə-yə istinadən məlumat verir.

Önəmli dövlət iclaslarında arxa planda yer alan İvanka bəzən görüşlərin mərkəzində dayanır. 

Onun bu şəkildə ön planda olması isə birmənalı qarşılanmır. Bəzən İvankanın haqqında təhqiramiz xəbərlər də çıxır. Ağ Evdə isə onun fəaliyyətini yüksək qiymətləndirir, haqqında çıxan xəbərləri "gözügötürməzlik" olaraq xarakterizə edirlər.

İvanka Trampın rəsmi vəzifəsi ABŞ prezidentinin məsləhətçisi olsa da, Donald Trampın qızı olduğu üçün bundan daha çox səlahiyyətə sahibdir.

Ivanka Trump G20 ile ilgili görsel sonucu

İvanka Tramp atasının prezidentlik seçkiləri dönəmində önəmli bir rolu olub. Xüsusilə də qadın seçicilərdən atası üçün dəstək almağa çalışıb. Donald Tramp prezident seçildikdən sonra isə bir çox məsələdə onun fəaliyyəti danılmazdır.

Suriyada kimyəvi silah istifadəsindən sonra ABŞ-ın bölgədə bir sıra əməliyyatlar keçirməsi, ABŞ-Meksika sərhədində qaçqın ailələrlə bağlı qərarların yumşaldılması kimi qərarların alınmasında İvanka Trampın böyük rolu olub.

İvanka Trampın yürütdüyü siyasətin mərkəzində xüsusilə uşaqlı qadınlar dayanır. 50 milyard dollarlıq büdcəyə sahib "Qadınların Qlobal Təşəbbüschr("39") proqramı dünya mediası tərəfində müsbət qiymətləndirilib.

Ivanka Trump white house ile ilgili görsel sonucu

İ.Tramp bu layihə çərçivəsində Avropa, Afrika və Hindistanı gəzib. Lakin bu cür layihələri davam etdirmək onun üçün heç də asan deyil. Çünki atasının qadınlara bağlı mübahisə doğuracaq fikirlərini də müdafiə etmək məcburiyyətində qalır.

Müxtəlif ABŞ prezidentlərinin liderlik dönəmlərində onların həyat yoldaşları və ya ailələlərindəki digər qadınların dövlət işlərində yüksək vəzifə tutmaları və ya söz sahibi olmaları ənənəvi bir vəziyyətdir. Lakin İvanka Trampın dövlətdəki rolu Trampın fərqli idarəçilik siyasəti fonunda diqqət mərkəzində yer alan məsələlərdən birinə çevrilib.

 

Ivanka Trump white house ile ilgili görsel sonucu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31