Santexniki döydürən səudiyyəli şahzadəni cəza gözləyir
Santexniki döydürən səudiyyəli şahzadəni cəza gözləyir
10 İyul 2019 14:03 DünyaSəudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bacısı Hassanın fiziki zorakılığa görə altı ay şərti azadlıqdan məhrum edilməsi və cərimələnməsi tələb olunur.
"CBSNews" xəbər verir ki, o, üç il əvvəl mühafizəçisinə Parisdəki mənzilində təmir işləri aparan santexniki döyməyi əmr edib.
Deyilənə görə, guya ustanın onun mənzilində şəkil çəkdirməsi Hassanı əsəbiləşdirib. Santexnikin sözlərinə görə, onun əl-qolunu bağlayaraq şahzadənin ayaqlarını öpməyə məcbur ediblər. Santexnikin alətləri də müsadirə edilib.
İddia edilir ki, Hassa ustaya it deyərək onun yaşamaq haqqının olmadığını bildirib.
Şahzadənin vəkilləri isə bütün ittihamları rədd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31