Məşhur əyləncə mərkəzindəki kütləvi davanın görüntüləri yayıldı - VİDEO
Məşhur əyləncə mərkəzindəki kütləvi davanın görüntüləri yayıldı - VİDEO
10 İyul 2019 13:49 DünyaABŞ-ın Anahaym şəhərindəki məşhur əyləncə mərkəzi olan "Disneyland"da dava düşüb.
Olaylar.az ölkə.az-a istinadən bildirir ki, eyni ailənin üzvləri arasındakı davaya kənardakılar müdaxilə etməyiblər.
Məlumata görə, dava bacı və qardaş arasında başlayıb, daha sonra ailənin digər üzvləri də davaya qoşulub.
Yumruq və təpiklə bir-birinə zərbələr endirən ailə üzvlərini mühafizəçilər çətinliklə ayıra biliblər. Davanın səbəbi isə bilinmir.
Davanın görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra polis hərəkətə keçib. Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31