Tramp "Twitter"də daha heç kimi bloka ata bilməyəcək - QƏRAR

Tramp "Twitter"də daha heç kimi bloka ata bilməyəcək - QƏRAR

Donald Tramp daha "Twitter"də insanları bloka ata bilməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Apellyasiya məhkəməsi qərar verib.

Qərara əsasən, Prezident öz "tweet"lərini gizlədərək və ya mesaj göndərilməsinin qarşısını alaraq vətəndaşların hüquqlarını pozub.

"Konstitusiya, cənab Trampın fikirləri ilə razı olmadığı vətəndaşların onlayn dialoqdan məhrum edilməsinə icazə vermir", - deyə hakimlər bildirib.

Qeyd edək ki, Prezident və bir sıra büokratlar tərəfindən sosial şəbəkədə bloklanan bir qrup "Twitter" istifadəçisi məhkəməyə müraciət ediblər. Onlar Prezidentin "Twitter" hesabının ictimai forum olduğunu və profilə girişin məhdudlaşdırılmasının qanuna zidd olduğunu müdafiə ediblər. .

ABŞ Apelyasiya Məhkəməsinin hakimləri də həmin istifadəçilərin bu iddiasını haqlı qəbul edib, Tramp prezidentlik dövrü ərzində "Twitter"də heç kimi  bloklaya bilməyəcək.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31