Saakaşvili yaşlı qadının qolunu sındırdı - FOTO

Saakaşvili yaşlı qadının qolunu sındırdı - FOTO

Gürcüstanın keçmiş prezidenti və eyni zamanda da  Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin adı növbəti qalmaqalda hallanır.

Olaylar.az bildirir ki, ötən gün Mixail Saakaşvili öz tərəfdarları ilə birgə Odessa şəhər məhkəməsinin qarşısında  piket keçirib. Saakaşvili Odessa şəhərinin meri Gennadi Truxanovun  şəhərdəki zavodlardan birini qanunsuz şəkildə ələ keçirdiyini iddia edərək buna etiraz edib.
Etiraz aksiyası zamanı Saakaşvili ilə Gennadi Truxanovun mühafizəşiləri arasında qarşıdurma olub. Yerli mətbuat yazır ki, qarşıdurma zamanı Saakaşvili yaşlı bir qadına toxunub və nəticədə qadın yıxılaraq qolunu sındırıb. 
Qadının xəstəxanaya aparıldığı, Saakaşvilinin isə bu barədə heç bir açıqlama vermədiyi bildirilir.
Məlumat üçün bildirək ki, 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko Saakaşviliyə vətəndaşlıq verərək onu Odessa vilayətinin qubernatoru təyin edib. Lakin, 2016-cı ilin noyabr ayında onu tutduğu vəzifədən azad edib. İyul ayının sonunda isə Poroşenko Saakaşvilini Ukraynan vətəndaşlığından məhrum edib. 2018-ci ildə Saakaşvili tərəfdarları ilə birgə Polşa-Ukrayna zərhədini icazəsiz keçərək Ukraynaya daxil olsa da sonradan onu yenidən ölkədən çıxarıblar. Nəhayət Ukraynanın yeni prezidenti Vladimir Zelenski Saakaşviliyə yenidən vətəndaşlıq verib və bu ilin may ayının 29-da keçmiş Gürcüstan prezidenti Ukraynaya qayıdıb.

yeniavaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31