Gürcüstan XİN: Putinin qərarı düzgün addımdır

“Rusiya prezidentinin Gürcüstana qarşı sanksiya tətbiq etməməklə bağlı qərarını düzgün addım hesab edirəm”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Rusiya prezidenti Vladimir Putinin müvafiq bəyanatını şərh edərkən bildirib.

"Rusiya prezidentinin Gürcüstana qarşı sanksiya tətbiq etməməklə bağlı qərarını düzgün addım hesab edirəm".

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Rusiya prezidenti Vladimir Putinin müvafiq bəyanatını şərh edərkən bildirib.

"Təbii ki, hadisələri izləyirdik və qeyd etməliyəm ki, gərginliyi artıran, vəziyyətin daha da pisləşməsinə gətirib çıxaran o təxribatçı çıxışlar əsla qəbuledilməzdir. Sizdən eşitdiyim Rusiya prezidentinin qərarı, əlbəttə ki, yeganə düzgün addımdır və təqdirəlayiqdir", - deyən gürcüstanlı nazir ölkədə sabitliyi pozmağa çalışan müəyyən pozucu qüvvələrin fitnələrinə uymamağın vacibliyini vurğulayıb. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31