Məhkəmə Trampa qadağa qoydu
Məhkəmə Trampa qadağa qoydu
9 İyul 2019 21:58 DünyaABŞ-da Apellyasiya məhkəməsi prezident Donald Trampın Tvitter mikrobloqunda izləyicilərini bloklamaq hüququnun olmadığı barədə qərar çıxarıb.
Məhkəmə konstitusiyanı əsas gətirərək prezidentin sosial şəbəkə istifadəçilərini dialoq mühitində bloklamağının qanuna zidd olduğunu bəyan edib.
Qeyd edilir ki, hazırda D.Tramp prezident səlahiyyətlərini icra etdiyindən hazırda onun səhifəsi rəsmi status daşıyır.
Yalnız prezidentlikdən sonra həmin səhifə şəxsi hesaba çevriləcək.
Xatırladaq ki, D.Tramp aktiv Tvitter istifadəçilərindən biridir. Ağ Ev rəhbərinin 61 milyondan çox izləyicisi var.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31