Yunanıstanın yeni hökuməti and içdi
Yunanıstanın yeni hökuməti and içdi
9 İyul 2019 14:48 DünyaYeni hökumət üzvləri yunan xalqının xidmətində duracaqlarına and içiblər
Yunanıstanın Prezident Sarayında dövlət başçısı Prokopis Pavlopulosun iştirakı ilə yeni hökumətin andiçmə mərasimi keçirilib.
RİA "Novosti" xəbər verir ki, Afina və bütün Yunanıstan arxiyepiskopu II İeronimosun hüzurunda yeni hökumət üzvləri əllərini İncilə basaraq ölkə Konstitusiyası və qanunlarına əməl edəcəklərinə, yunan xalqının xidmətində duracaqlarına and içiblər.
Xatırladaq ki, Yunanıstanın yeni baş naziri Kiriakos Mitsotakis ötən gün and içərək vəzifəsinin icrasına başlayıb.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31