Hava hücumu – Bir ailənin 7 üzvü həlak oldu
Əfqanıstanın şimal əyaləti Baqlanda "Taliban" radikal hərəkətin döyüşçülərinin sığınacağına havadan hücum edilib.
Olaylar.az bildirir ki, "RİA Novosti" məlumat verib.
Məlumata görə, sığınacağa edilən hava hücumu nəticəsində bir ailənin 7 üzvü həlak olub.
Zərbəni hyansı güclərin etdiyi dəqiqləşdirilməyib.