Hindistandakı daşqınlarda təxminən 13 min adam əlacsız vəziyyətdə qalıb
Hindistandakı daşqınlarda təxminən 13 min adam əlacsız vəziyyətdə qalıb
9 İyul 2019 11:57 DünyaHindistanın Assam ştatında iki gündür aramsız yağan leysan yağışlar səbəbindən 13 min insan daşqın zonasında əlacsız vəziyyətdə qalıb.
Olaylar.az xəbər verir ki, daşqın 43 kəndə təsir edib və 1000 hektardan çox ərazi sua altında qalıb.
Bildirilir ki, ən çox zərər çəkmiş ərazi Çorhatdı. Belə ki orada 6 mindən çox adam daşqın zonasında qalıb.
Qeyd edilir ki, hökumət evlərini tərk edənlər üçün müvəqqəti yaşayış düşərgələri təşkil edib. Daşqın ölkənin bir neçə yolunu bağlayıb.
Verilən hava proqnozuna görə, bölgənin ən böyük çayı olan Brahmapurtenin su səviyyəsi təhlükəli həddə yüksəlməsinə baxmayaraq, yağışların hələ bir neçə gün davam edəcəyi bildirilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31