Rəsmi Kiyev ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib

Rəsmi Kiyev ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib

Rəsmi Kiyev ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Uliyam Teylor Tvitter mikrobloqunda məlumat paylaşıb.

"Böyük məmnuniyyətlə bildirim ki, Ukrayna ilk dəfə ABŞ Müdafiə Nazirliyinə xaricə silah satışı proqramı çərçivəsində silah alması ilə əlaqədar müraciət ünvanlayıb. Biz bu məsələnin həlli yönündə işləməyə başladıq. ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müdafiə sektorunun islahatlarını dəstəkləyir", - deyə Teylor qeyd edib.

Xatırladaq ki, dünən UNİAN Ukrayna Xarici kəşfiyyat Xidmətinin sabiq rəhbəri Nikolay Malomuja istinadən xəbər yaymışdı ki, Ukrayna ABŞ-dan güclü və müasir silah ala bilməyəcək. Onun sözlərinə görə, ABŞ müasir silahların Rusiyanın əlinə keçəcəyindən ehtiyat edir.

Nikolay Malomuj hesab edir ki, Kiyev yerli istehsal olan silahlara üstünlük verməlidir.

virtualazorg

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31