Saakaşvilidən Putinin təhqir edilməsinə - Reaksiya

Saakaşvilidən Putinin təhqir edilməsinə - Reaksiya

Ukraynada gürcü jurnalistlərin metodlarından istifadə etməyə lüzum yoxdur.

Olaylar.az xəbər verir ki, bu sözləri Mixail Saakaşvili "Rustavi 2" telekanalının aparcısı Georgi Qabuniyanın Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi təhqirlərlə bağlı növbəti açıqlamasında deyib.

"Uzun illər onlar (Rustavi -2) mənim ünvanıma hər şey dedilər. Bu, onların metodudur. Düşünürəm ki, bizə onların yolu ilə getmək lazım deyil", - Saakaşvili bildirib.

Qeyd edək ki, Rustavi-2-də yayımlanan "P.S." proqramının aparıcısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.

Saakaşvili isə bundan öncəki açıqlamasında kanal əməkdaşlarını isterikadan uzaq durmağa səsləmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31