Adriana Lima türk yazar sevgilisini görün kimə dəyişdi - FOTO

Adriana Lima türk yazar sevgilisini görün kimə dəyişdi - FOTO

Adriana Lima türkiyəli biznesmenlə sevgilidir.

Olaylar.az xəbər verir ki, bir neçə ay əvvəl türkiyəli yazar və terapevt sevgilisi Metin Haradan ayrılan model türk iş adamı Emir Uyar ilə səmimi şəkildə görüntülənib. Yunanıstanın Mikonos adasında dincələn cütlük yaxtaya minərkən yaxalanıb.

Qeyd edək ki, Emir Uyar Venesiyada da filialı olan bir mehmanxana zəncirinin sahibidir. O, daha əvvəl Lindsi Lohan ilə əməkdaşlıq edib.

38 yaşlı iki uşaq anası olan Adriana Lima basketbolcu Marko Jarik ilə 2006-2016-cı illər arasında evli olub. Ancaq idmançı modelə xəyanət etdikdən sonra cütlük boşanmağa qərar verib.

Adriana keçən il yəhudi əsilli məşhur terapevt Metin Hara ilə sevgili olmuşdu.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31