Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Olaylar.az-ın məlumatına görə, vilayətin bəzi kənd sakinləri zəiflik, sancı, ürəkbulanma, qusma, diareya, baş ağrısı və tərləmə şikayəti ilə xəstəxanaya müraciət ediblər.

3 gün müddətində xəstəxanaya müraciət edən 120 nəfər ambulator müalicəyə buraxılıb.

Vilayətin səhiyyə işçiləri tərəfindən aparılan ilkin araşdırmalara görə, suda bağırsaq basili və koliform bakteriyaları aşkar edilmişdir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31