Ukrayna Pentaqondan ilk dəfə silah istədi
Ukrayna Pentaqondan ilk dəfə silah istədi
8 İyul 2019 14:23 DünyaRəsmi Kiyev ilk dəfə Vaşinqtona silah istəyi ilə müraciət edib.
Bu barədə ABŞ-ın Ukraynadakı Səfirliyində müvəqqəti işlər vəkili Uliyam Teylor tvitter mikrobloqunda məlumat verib.
"Böyük məmnuniyyətlə bildirim ki, Ukrayna ilk dəfə ABŞ Müdafiə Nazirliyinə xaricdə silah satışı proqramı çərçivəsində silah alması ilə əlaqədar müraciət ünvanlayıb. Biz bu məsələnin həlli yönündə işləməyə başladıq. ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müdafiə sektorunun islahatlarını dəstəkləyir", - deyə Teylor qeyd edib.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31