Putinə görə Rustavi-2-dən istefalar başladı

Putinə görə Rustavi-2-dən istefalar başladı

Rusiya Prezidenti Vladimir Putinlə bağlı Rustavi-2-də yaranan insidentdən sonra kanalın bir sıra əməkdaşı televiziyadan ayrılmağa başlayıb.

Olaylar.az xəbər verir ki, bu məlumatı "Sputnik Gürcüstan" yayıb. Agentlik gedənlərdən birinin kanalın operatoru Levan Marqvelaşvili olduğunu, onun öz press-kartını dünən televiziya binası qarşısında keçirilən mitinqdə cırdığını bildirib.

Marqvelaşvili bu addımı özünün və ailəsinin təhqirlərə məruz qalmaması üçün atdığını deyib.

Kanalı tərk edənlər arasında həmçinin ölkənin ən reytinqli seriallarından birində çalışan Levan Rostomauli adlı şəxsin də yer aldığı vurğulanıb.

axar

Rustavi-2 Putinin anasını söydü, yayımı dayandı - Video

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31