Zelenskidən yeni təyinatlar
Zelenskidən yeni təyinatlar
5 İyul 2019 15:02 DünyaPrezident Vladimir Zelenski Anatoli Dublik və Aleksandr Karpenkonu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbərinin müavinləri təyin edib.
Olaylar.az xəbər verir ki, Boqdan Tivodar isə Təhlükəsizlik Xidməti Baş İstintaq İdarəsinin rəhbəri təyin olunub.
Qeyd olunur ki, Karpenko bu təyinatına qədər Donetsk və Luqansk bölgələrində Ukrayna Təhlükəsizlik Xidmətinin Baş Direktoru vəzifəsini tutub. Dublik xüsusi xidmət orqanlarından birinə rəhbərlik edib. Tivodar Ukraynanın qərbindəki müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışıb, 2014-cü ildən isə SBU-nun əsas istintaq şöbəsinin müdir müavini olub.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31