Arvadlarının davalarından bezdi, hər ikisini boğub öldürdü
Arvadlarının davalarından bezdi, hər ikisini boğub öldürdü
5 İyul 2019 14:38 DünyaHindistanın paytaxtı Dehli şəhərinin Jaitpur kəndində baş verən cinayət gündəmə düşüb.
Olaylar.az xəbər verir ki, 35 yaşlı Cəmşid Alam adlı kənd sakini iki arvadının davalarından bezərək onları boğaraq öldürüb. 34 yaşlı İsmət Pərvin və 45 yaşlı Jabina adlı iki qadından bezən Cəmşid boşanmaq istəyib.
Amma arvadlar boşanma məsələsinə razılıq verməyiblər. O, arvadlarını boğaraq öldürür və 13 yaşlı oğlu ilə qaçaraq başqa şəhərdə gizlənmək istəyib. Amma polis tərəfindən həbs edilib.
Alamın evindən pis iy gəlməyə başlayıb və qonşular polisə xəbər veriblər. Qapını qıran polis iki qadının meyitini tapıb. Alam həbs edildikdən sonra baş verən cinayəti etiraf edib.
olke
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31