“Papa dedi ki, Dostoyevskini oxumadan…” – Putindən ilginc sözlər
“Papa dedi ki, Dostoyevskini oxumadan…” – Putindən ilginc sözlər
5 İyul 2019 14:28 DünyaRusiya və İtaliya Vətəndaş Cəmiyyəti Forumunun nümayəndələrinin iştirak etdiyi axşam yeməyində Prezident Vladimir Putin Papa Fransisklə görüşü haqda danışıb.
Olaylar.az xəbər verir ki, rus lider İtaliya Baş naziri Cüzeppe Kontenin rus ədəbiyyatı haqda fikirlərinə də diqqət çəkib və yazıçı Fyodor Dostoyevski haqda sözlərini xatırladıb.
Putin bildirib ki, Papa Fransiskdə Dostoyevski və Lev Tolstoyun kitabları var, amma hansı kitabları olduğu məlum deyil.
O, Papanın "Dostoyevskinin kitablarını oxumadan, fəlsəfənin dərinliyini anlamadan həqiqi rahib olmaq mümkün deyil" fikrini xatırladıb.
Vladimir Putin bir neçə gün əvvəl İtaliyada rəsmi səfərdə olub. Səfər çərçivəsində rus lider Roma Papası Fransisklə görüşüb.
teleqraf