İrkutskda daşqınlar - 20 ölü
İrkutskda daşqınlar - 20 ölü
5 İyul 2019 13:50 DünyaRusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfəri keçib.Olaylar.az xəbər verir ki, iyunun sonlarında İrkutskda güclü yağış nəticəsində Anqara çayının 5 qolu daşıb, 96 yaşayış məntəqəsi su altında qalıb. Son məlumata görə, 21 nəfər həlak olub, 313 nəfər xəstəxanaya yerləşdirilib, daha 14 yerli sakin itkin düşüb.
Hazırda 15 yaşayış məntəqəsindən daşqın suları çəkilib. Regionda fövqəladə vəziyyət elan olunub.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31