“Rusların yerinə ukraynalılar...” – Saakaşvilidən ilginc açıqlama

“Rusların yerinə ukraynalılar...” – Saakaşvilidən ilginc açıqlama

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ukraynalıları bu ölkəyə getməyə çağırıb.

Olaylar.az xəbər verir ki, Saakaşvili Gürcüstana gəlməkdən imtina edən rusların yerini ukraynalı turistlərin doldura biləcəyini deyib.

"Ukraynalılar Gürcüstana getmək istəyirlər. Bu, baş versə, əsl yardım olacaq. Ukraynalılar Gürcüstana gəlib gürcü şərabı içsələr, məmnun olarıq", - deyə sabiq prezident qeyd edib.

Qeyd edək ki, Rusiya hökuməti vətəndaşlara müraciət edərək Gürcüstana getməməyə çağırıb.

Ötən həftənin sonundan Tiflisdə Rusiya əleyhinə aksiyalar başlayıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31