Fransa səfirliyinin yanında polis maşını partladı - Paytaxtda eyni anda iki hücum - FOTO
Fransa səfirliyinin yanında polis maşını partladı - Paytaxtda eyni anda iki hücum - FOTO
27 İyun 2019 16:49 DünyaTunis Respublikasının paytaxtı Tunisdə kamikadze hücumları baş verib.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasında hücumların hədəfi təhlükəsizlik qüvvələri olduğu bildirilib.
Birinci hücumda polis maşını partladılıb. Nəticədə, 1 polis ölüb, 10-u yaralanıb.
İkinci hücum isə terrorla mübarizə briqadasının yerləşdiyi binada baş verib.
Polis maşını Fransanın Tunisdəki səfirliyinin binasına 150 metr məsafədə partladılıb. Hücumun gerçəkləşdiyi nöqtə "paytaxtın qəlbi" kimi tanınır.
publika



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31