“Sizə qurban kimi müraciət edirəm…” – Qaşıqçının nişanlısından şok sözlər

“Sizə qurban kimi müraciət edirəm…” – Qaşıqçının nişanlısından şok sözlər

Mənim adım Xədicə Çingizdir. Sizə burada bir qurban kimi xitab edirəm. Camal Qaşıqçının öldürülmə əmrini kimin verdiyi bilmək istəyirəm.

Olaylar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz BMT-nin İnsan Haqları üzrə Komitəsində çıxışı zamanı deyib.

BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardın Qaşıqçı cinayətinə dair hazırladığı hesabata toxunan Xədicə Çingiz qeyd edib ki, hesabat beynəlxalq istintaqın aparılmasının vacibliyini ortaya qoyur:

"Qaşıqçının nəşinin harada olduğunu bilmək istəyirəm. Hərəkətə keçməyinizi gözləyirəm. Kallamardın dediyi kimi sanksiyaların vaxtı gəlib çatdı.

Cinayətin arxasındakı şəxslər və bunu ört-basdır edənlər layiqli cəzasını almalıdır. Tarix həqiqətə sadiq qalanları və qalmayanları yadda saxlayacaq".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31