“İrəvana qorxunc xəbərlər ötürülür” – Paşinyana əks-inqilab şoku

“İrəvana qorxunc xəbərlər ötürülür” – Paşinyana əks-inqilab şoku

Ermənistan Baş naziri Nikol Paşinyan bölgələrdəki qubernatorların əksəriyyətini dəyişməyə hazırlaşır.

Bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti yazıb.

Qəzet ən azı 10 qubernatorun öz işindən olacağını vurğulayıb.

Paşinyanın gözlənilməz dəyişikliyinin arxasındakı səbəbə gəlincə erməni nəşri iddia edir ki, bu, bölgələrdə mövcud hakimiyyətə qarşı baş qaldıran kütləvi etirazlarla bağlıdır:

"Paşinyan qubernatorların Ermənistanın keçmiş hakimiyyəti (Köçəryan-Sərkisyan klanı) ilə işbirliyindən narahatdır. Axır vaxtlar bölgələrdən yaxşı xəbərlər gəlmir, qubernatorlardan paytaxta qorxunc məlumatlar ötürülür. Buna görə, artıq 10 qubernatorla bağlı dosye hazırdır".

Nikol Paşinyanın boş qalacaq yerlər üçün uyğun namizədlər axtardığını yazan qəzet keçmiş hakim klanın regional rəhbərliklər vasitəsilə bölgədən həmləyə keçəcəyindən ehtiyat etdiyini bildirir.

teleqraf

Kremldən Paşinyana növbəti cəza

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31