Tiflisdə şok olaylar: “Hədəf İvanişvilidir” – Çevriliş başladı

Tiflisdə şok olaylar: “Hədəf İvanişvilidir” – Çevriliş başladı

Gürcüstanın paytaxtı Tiflisdə hakimiyyət və Rusiya əleyhinə davam edən etiraz aksiyalarının təşkilatçıları ümumxalq mitinqi elan edib.

Mitinqlərin təşkilatçısı Şot Digmelaşvili iyunun 29-da "Azadlıq Yürüşü"nə başlayacaqlarını açıqlayıb.

"Şənbə günü mitinqlərin onuncu günü olacaq. Həmin gün evlərdə olan hər kəs, polislər, QHT-lər və bütün Gürcüstan ayağa qalxacaq. Gürcüstanın sivil cəmiyyəti ilə "Azadlıq Yürüşü"nə başlayacağıq", - deyə Digmelaşvili qeyd edib.

Bundan əvvəl isə nümayişçilər milyarder, hakim Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvilinin iqamətgahı qarşısında mitinq keçirməyi planlaşdırır.

Bu barədə jurnalistlərə açıqlamasında nümayişin moderatoru Mişa Mşvildadze deyib: "Yekun qərar verilib, oraya gedəcək və Bidzina İvanişvilini oyandıracağıq".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31