Ayı parçaladığı kişini mağarasında ehtiyat yemək kimi bir ay saxladı – VİDEO

Ayı parçaladığı kişini mağarasında ehtiyat yemək kimi bir ay saxladı – VİDEO

Rusiyanın Tuva bölgəsində dəhşətli hadisə baş verib.

 Aleksandr adlı kişi ayının hücumuna məruz qalıb. Ayı onun onurğasını sındırıb və yuvasına aparıb.

Ayı kişini hissələrə ayırıb yemək istəyirmiş. Lakin möcüzə nəticəsində ayının əlindən çıxan Aleksandr yuvada gizlənib.

Ovçuların itləri ayının mağarası yaxınlığından keçərkən hürüşməyə başlayıblar.

Ovçular mağaraya giriblər və dəhşətli mənzərə ilə rastlaşıblar.

Onlar Aleksandrı ağır vəziyyətdə tapıblar və onu xəstəxanaya yerləşdiriblər. Aleksandr bildirib ki, ayının yuvasında 1 aydan çoxdur qalıb.

Hazırda həkimlər Aleksandra tibbi yardım göstərirlər. 
BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31