Meliyanın həbsi üçün məhkəməyə müraciət edildi

Meliyanın həbsi üçün məhkəməyə müraciət edildi

Gürcüstan Baş Prokurorluğu Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Meliyanın həbsi üçün Tiflis Şəhər Məhkəməsinə müraciət edib.

Olaylar.az  xəbər verir ki, bu məlumatı Gürcüstan Baş Prokurorluğunun Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, dünən parlamentdə Meliyanın toxunulmazlığı ləğv edilib. Meliyanın toxunulmazlıq hüququnun ləğvinə yalnız Gürcü Arzusunun deputatları səs veriblər. Bunun əleyhinə Vahid Milli Hərəkat, Avropa Gürcüstanı və Vətənpərvərlər Alyansı partiyaları çıxıb.

Baş Prokurorluq Meliyanı 20 iyunda parlamentə təşkil edilən hücumun təşkilatçısı olmaqda ittiham edərək, ona qarşı iş başladıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31