Prezidentin təyyarəsində kokain aşkarlandı – Sensasiya
Prezidentin təyyarəsində kokain aşkarlandı – Sensasiya
27 İyun 2019 15:10 DünyaBraziliya Prezidenti Jair Bolsonarunun təyyarəsinin göyərtəsində 40 kiloqram kokain aşkar edilib.
Bu məlumatı "Nyu York Tayms" qəzeti yayıb. Məlumata görə, kokain prezidentin təyyarəsi G20 sammitinə yola düşən zaman İspaniyada tapılıb. Belə ki, təyyarə burada yanacaq doldurmaq üçün eniş edib və İspaniya gömrükçüləri təyyarənin göyərtəsində yoxlanış həyata keçiriblər. Kokainin prezidentin komandasında yer alan hərbçilərdən birindən aşkarlandığı müəyyən olunub.
Bolsonaru artıq bəyanat yayaraq buna heç bir aidiyyətinin olmadığını deyib.
Braziliya Müdafiə Nazirliyi isə kokainin aşkar edildiyi hərbçinin İspaniyada həbs olunduğunu təsdiqləyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31