Çin sanksiyalara qarşı İrandan neft almağa davam edir
Çin sanksiyalara qarşı İrandan neft almağa davam edir
27 İyun 2019 13:51 DünyaÇin və Avropanın neft emalı zavodları İrandan neft idxal etməyə davam edirlər.
Olaylar.az bildirir ki, TankerTrackers məlumat verib.
Məlumata görə, İrana məxsus olan Suezmax tipli "Salina" tankeri, Syancou körfəzi vasitəsilə bir neçə gün ərzində neft daşıyıb. Tankerlərin bu tipi bir dəfəyə 1 milyon barelə qədər neft nəql edə bilər.
FGE konsaltinq şirkətinin qiymətləndirmələrinə görə isə iyun ayında İranın neft ixracı 500 min barelə düşüb, onlardan 200 min barel Çinin payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31