Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib
Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib
27 İyun 2019 10:30 DünyaUkrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvlərində biri deyib.
Nümayəndə heyətinin rəhbəri Vladimir Aryev bildirib ki, Ukraynanın gələcəkdə AŞPA-da olması məsələsinə iyulun 21-i keçiriləcək növbədənkənar seçkilər nəticəsində seçilərəck Ali Radanın yeni tərkibi qərar verəcək.
Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, AŞPA-nın yay sessiyasını Ukrayna ilə yanaşı Estoniya, Latviya, Litva, Gürcüstan nümayəndə heyətləri və Polşa nümayəndə heyətinin bir hissəsi tərk edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31