Trampa “hədiyyə”: ABŞ səfirliyinə hücum oldu

Trampa “hədiyyə”: ABŞ səfirliyinə hücum oldu

ABŞ-ın Cənubi Koreyadakı səfirliyinə hücum olub.

ABŞ Prezidenti Donald Trampın Seula gözlənilən səfəri ərəfəsində bir koreyalı avtomobili ilə ABŞ səfirliyinə hücum edib.

Park Mo adlı şəxs avtomobilini səfirliyini binasına vurub. Daha sonra avtomobildən düşərək qazla səfirlik binasını yandırmaq istəyib.

Polis həmin şəxsi həbs edilib. Hücum zamanı ölən və yaralanan olmayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Seula səfər edəcək.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31