Rusiyadan mühüm həmlə: Bu sistemdən imtina etdi

Rusiyadan mühüm həmlə: Bu sistemdən imtina etdi

Rusiya silah tədarükündə müqavilələrin reallaşdırılması zamanı SVİFT və dollardan imtina edib.

Olaylar.az xəbər verir ki, bunu "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib.

"Bizim ödəniş sistemimizdə restrukturizasiya baş verib. Biz milli valyutalara keçib, SVİFT və dollardan imtina etmişik. 2019-cu il ərzində xaricə 6 milyard dollarlıq silah satmışıq. Bununla bərabər 7 milyard dollar həcmində müqavilə imzalamışıq. Bu, sanksiya şəraiti nəzərə alınacağı təqdirdə elə də pis göstərici deyil", - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31