SON DƏQİQƏ: Türkiyə ordusu sərhədi keçdi

SON DƏQİQƏ: Türkiyə ordusu sərhədi keçdi

Türkiyə-Suriya sərhədində bu gün günortadan sonra hərbi hərəkətlilik müşahidə edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Qaziantep vilayətindən hərəkət edən hərbi texnika və hərbçilərin olduğu kolon Kilis vilayətinin Çobanbey mahalında yerləşən sərhəd keçid məntəqəsindən Suriyaya keçib.

Hərbi birliklər və texnika "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarının gedişatında terrorçulardan azad edilən ərazilərdə yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31