"Porsche" 300-dən çox avtomobili geri çağırdı
"Porsche" 300-dən çox avtomobili geri çağırdı
26 İyun 2019 17:07 Dünya"Porsche" şirkəti Rusiyada 319 avtomobili geri çağırıb.
Qərar avtomobilin kuzovunun ön hissəsində qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin iyulundan 2019-cu ilin yanvarınadək Rusiyada satılmış "Boxster" və "Cayman" modellərinə şamil olunur.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31